×
A
A
A
Sazlamalar

Azərbaycan samboçuları Avropa çempionatında iki medal qazanıblar

Bakı, 20 may, AZƏRTAC

İspaniyanın Xixon şəhərində keçirilən kişilər və qadınlar arasında idman və döyüş sambosu üzrə Avropa çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, qitə çempionatında Azərbaycan samboçuları iki medal qazanıblar. İdman sambosu üzrə Nəsimi Umbayev (52 kq), döyüş sambosu yarışında isə Bəxtiyar Abbasov (82 kq) bürünc medal qazanıblar.

İdman 2019-05-20 11:08:00