×
A
A
A
Sazlamalar

Bugünkü Bakı-Dubay aviareysi ləğv olunub

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də həyata keçirilməli olan Bakı-Dubay aviareysi ləğv edilib.
AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Flydubai” aviaşirkətinin yerli vaxtla saat 12:00-da Bakıdan Dubaya olan “FZ 710” saylı reysi ləğv edilib. Aviareys “Boeing B737-800” təyyarəsi ilə həyata keçirilməli idi.
Bakı-Dubay aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Nəqliyyat 2019-05-20 11:08:00