×
A
A
A
Sazlamalar

Ümumi təhsil müəssisələri rəhbərlərinin nəzərinə

Bakı, 20 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019-cu ilin mart ayında keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının I mərhələsinin və aprelin 7-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri elan olunub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmiş şagirdlər Dövlət İmtahan Mərkəzinin internet saytında öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.
Artıq ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil olmaqla məktəbdə təhsil alan və buraxılış imtahanı verən şagirdlərin imtahan nəticələrinə (elan olunmuş) baxa bilərlər. Şagirdlərin imtahan nəticələrinin təhlili gələcəkdə məktəblərin göstəricilərinin daha da yaxşılaşdırılması üçün faydalı ola bilər.

Elm və təhsil 2019-05-20 10:57:00