×
A
A
A
Sazlamalar

Hacıqabulda yük avtomobili piyadanı vurub

Hacıqabul, 20 may, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda yük avtomobili piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“KamAz” markalı yük avtomobili yolu keçən Navahi kənd sakini Vüsal Baxşıyevi vurub. Ağır xəsarət alan piyada kəllə-beyin travması ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2019-05-20 10:00:00