×
A
A
A
Sazlamalar

Daşkənddə Avrasiya Kardioloqlar Assosiasiyasının VII konqresində Azərbaycan həkimləri də iştirak edib

Daşkənd, 19 may, АZƏRTAC
Daşkənddə Avrasiya Kardioloqlar Assosiasiyasının VII konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Almaniya, Azərbaycan, Yaponiya, Çin, Hindistan, Türkiyə, Rusiya, Macarıstan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və digər ölkələrin kardioloqları iştirak edib.
Konqresdə bildirilib ki, hazırkı qloballaşma dövründə psixi gərginlik, az hərəkət etmə-qipodinamiya, yağlı yeməklərdən və yüksək xolesterin tərkibli ərzaqlardan istifadə xüsusilə inkişaf etmiş ölkələrdə ürək-damar xəstəliklərinən yaranmasına səbəb olur. Bu da öz növbəsində, əlillik və ölüm hallarının artmasına gətirib çıxarır.
Tədbirdə bu problemin qarşısının alınması və müalicəsinin yolları haqqında alim-kardioloqların genişmiqyaslı elmi tədqiqatları müzakirə edilib.
Konqresdə ürək-damar xəstəliklərinin vaxtında üzə çıxarılmamsının müasir metodları, kardiologiyada və kardiocərrahiyyədə istifadə olunan yeni texnologiyalar, ürək-damar xəstəliklərinin cərrahi yolla müalicəsində yeniliklər, innovasiya texnologiyaları haqqında da məruzələr dinlənilib.
Tədbir çərçivəsində kardioloqlar Səmərqənd, Xarəzm və Namanqan vilayətlərinin xəstəxanalarında ustad dərsləri də keçirlər.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Səhiyyə 2019-05-19 23:44:00