×
A
A
A
Sazlamalar

Avstriya gimnastına Bakıda “SmartScoring Shooting Star” mükafatı verilib

Bakı, 19 may, AZƏRTAC
Bakıda keçirilən bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı çərçivəsində “SmartScoring Shooting Star” mükafatı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, çempionatın tərəfdaşı olan “SmartScoring” şirkətinin təsis etdiyi mükafat Avstriya gimnastı Nikol Rupreçtə verilib.
2001-ci ildən gimnastika ilə məşğul olan N.Rupreçt, ölkəsində dəfələrlə ilin ən yaxşı qadın idmançısı adına layiq görülüb. “Rio 2016” Yay Olimpiya Oyunlarının iştirakçısı olan gimnast, ardıcıl 7 il Avstriya çempionu adını qazanıb.
Bakıda dörd gün davam edən bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış ediblər. Çempionata 35 ölkədən olan gimnastlar qatılıb.
Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa Çempionatına ev sahibliyi edib.

İdman 2019-05-19 18:03:00