×
A
A
A
Sazlamalar

“Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsində səsvermə başlayıb

Bakı, 19 may, AZƏRTAC

Təl-Əvivdə keçirilən "Eurovision-2019" mahnı müsabiqəsinin finalında iştirakçıların çıxışları başa çatıb.
AZƏRTAC xəbər verir ki, "Dare to Dream" ("Arzulamağa cürət et") şüarı altında təşkil olunan builki yarışmada Azərbaycan təmsilçisi Çingiz Mustafayev "Truth" mahnısı ilə mübarizə aparır.
Finalda tamaşaçılar qarşısında Malta, Albaniya, Çexiya, Almaniya, Rusiya, Danimarka, San-Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Niderland, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstraliya və İspaniyadan olan ifaçılar çıxış edib.
Final çıxışlarından sonra səsvermə başlayıb.
Yarışmada ümumilikdə 42 ölkə iştirak edib. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da yekunlaşıb.

Mədəniyyət 2019-05-19 02:09:00