×
A
A
A
Sazlamalar

Fransalı gimnast: Milli Gimnastika arenası böyük və gözəldir

Bakı, 19 may, AZƏRTAC

Yarışlarda iştirak etmək üçün Bakıya məmnuniyyətlə gəlirik. Çünki yüksək səviyyədə təşkil olunan yarışlarda imkanlarımızdan maksimum istifadə edə bilirik. Qitə çempionatının keçirildiyi Milli Gimnastika arenası böyük və gözəldir. Azarkeş dəstəyini də xüsusi qeyd etmək istəyirəm. Azərbaycanda keçirilən yarışlar gimnastikasevərlər üçün əsl bayrama çevrilir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində bədii gimnastika üzrə Bakıda keçirilən Avropa çempionatının iştirakçısı Fransa gimnastı Celia Jozep-Noel deyib.
Avropa çempionatının gərgin rəqabət şəraitində keçdiyini bildirən idmançı yaxşı nəticəyə ümid etdiyini bildirib: “Bu yarış bizim üçün böyük önəm daşıyır. Ümid edirəm ki, yaxşı nəticə qazanacağam”.

İdman 2019-05-19 05:19:00