×
A
A
A
Sazlamalar

Daşkəsəndə 217 nəfər ödənişli ictimai işlərə cəlb olunub

Daşkəsən, 19 may, Rauf Hacıyev, AZƏRTAC

Daşkəsəndə bu ilin əvvəlində “DOST İŞ Mərkəzi” MMC tərəfindən təqdim olunan 130 nəfər işsiz şəxslə müvafiq qanunvericiliyə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılıb və onlar rayonda ödənişli ictimai işlərə cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, eyni qayda üzrə cari ilin aprel ayında ictimai işlərə cəlb olunması nəzərdə tutulmuş 90 nəfər işsizdən bu vaxta qədər 86-sı ilə müddətli əmək müqaviləsi bağlanılaraq rayonda ödənişli ictimai işlərə götürülüb.
Həmçinin Daşkəsən rayon Məşğulluq Mərkəzi tərəfindən birinci rüb ərzində 16 nəfər iş axtaran vətəndaş özünüməşğulluq layihəsinin təlimlərinə cəlb olunub.

Regionlar 2019-05-19 03:15:00