×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda mənzildə baş verən yanğın bir nəfərin ölümünə səbəb olub

Bakı, 19 may, AZƏRTAC

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 50 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan 1 otağın lambirindən ibarət tavanı 30 kvadratmetr sahədə əriyib.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2019-05-19 01:03:00