×
A
A
A
Sazlamalar

Fransada gənc rəssam Məryəm Ələkbərlinin yeni kolleksiyası nümayiş olunacaq

Paris, 19 may, AZƏRTAC

Azərbaycanlı rəssam Məryəm Ələkbərlinin 25 əsərdən ibarət “Şərq nağılları” adlı yeni kolleksiyası Fransada 3 Müasir İncəsənət sərgisində ardıcıl olaraq nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, gənc rəssam Məryəm Ələkbərlinin yeni kolleksiyası əvvəlcə mayın 24-dən 26-dək Parisdə Luvr muzeyinin Karrusel salonunda, mayın 30-dan iyunun 2-dək La Baule şəhərinin Alantia Konqres Sarayında, iyunun 8-dən 10-dək isə Biaritz şəhərində “Casino Barriere”də təşkil olunacaq “Art Shopping” sərgisində nümayiş ediləcək.
Qeyd edək ki, Məryəmin əsərləri məşhur sənətsevərlərin kolleksiyalarını zənginləşdirir. Fransız aktyoru J. Depardyenin kolleksiyasında gənc rəssamın ümumilikdə 7 əsəri yer alıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Mədəniyyət 2019-05-19 00:41:00