×
A
A
A
Sazlamalar

Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb

Bakı, 18 may, AZƏRTAC

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, ilkin məlumata əsasən, ticarət mərkəzinin zirzəmi qatında 100 kvadratmetr sahədə parça materialları yanıb.
Əlavə məlumat veriləcək.

Hadisə 2019-05-18 23:29:00