×
A
A
A
Sazlamalar

“Grand Prix 2019”: cavab oyunlarını şahmatçılarımız heç-heçə başa vurublar

Bakı, 18 may, AZƏRTAC

Moskvada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və “World Chess” şirkətinin birgə təşkilatçılığı ilə reallaşan “Grand Prix 2019” seriyasında səkkizdəbir final mərhələsinin cavab oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, cavab oyunlarında Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov polşalı Radoslav Voytaşek, Teymur Rəcəbov isə amerikalı Hikaru Nakamuraya qarşı mübarizə aparıblar. Birinci oyunda polşalı rəqibinə uduzan Ş.Məmmədyarov bu dəfə heç-heçə edib və çıxışını başa vurub. T.Rəcəbov isə amerikalı şahmatçı ilə bu dəfə də heç-heçə etdiyindən sabah tay-brekdə rəqibi ilə yenidən üz-üzə gələcək.
Xatırladaq ki, 2017-ci ildə keçirilən sonuncu “Grand Prix” seriyasının qalibi Ş.Məmmədyarov olub. T.Rəcəbov isə ötən seriyanı üçüncü pillədə başa vurub. Ş.Məmmədyarov reytinqə görə “Grand Prix 2019” seriyasının birinci mərhələsinin favoritidir.

İdman 2019-05-18 22:26:00