Ədəbiyyat Muzeyinin Aran regional filialında “Açıq qapı” günü
Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də Beynəlxalq Muzeylər Günü münasibətilə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında “Açıq qapı” günü keçirilib.
Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, gün ərzində rayonun ümumtəhsil məktəblərindən, mədəni-maarif müəssisələrindən gələn müxtəlif peşə sahibləri muzeyin fəaliyyəti, sərgi və ekspozisiyaları ilə tanış olublar. Muzeyin əməkdaşları tamaşaçılara klassik ədəbiyyatımızın görkəmli nümayəndələri haqqında ətraflı məlumat verib, şagirdlərin suallarını cavablandırıblar.
Ziyarətçilər muzeydən xoş təəssüratlarla ayrılıblar.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyət həyatında mühüm rolunu insanlara çatdırmaqdır. Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinin təşkilinə dövlətimiz tərəfindən daim xüsusi diqqət yetirilib. Ümummilli lider Heydər Əliyev hər zaman ölkəmizdə muzey işinin təşkilinə böyük önəm verib, bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşıb. Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanda muzey işinin təşkili, onların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilib.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır