×
A
A
A
Sazlamalar

İsmayıllı Peşə Tədris Mərkəzinin tələbələri üçün ekskursiya təşkil olunub

Bakı, 18 may, AZƏRTAC
İsmayıllı Peşə Tədris Mərkəzinin yerli bələdçi ixtisasında təhsil alan tələbələri Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan kəndi ərazisindəki Cavanşir qalasına ekskursiya ediblər.
Tədris Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ekskursiya Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təliminin pilotlarının yaradılması” layihəsi çərçivəsində reallaşdırılıb.

Elm və təhsil 2019-05-18 20:21:00