Müasir İncəsənət Muzeyində Eldar Qurbanın “AMORE MİO” adlı sərgisi açılacaq
Bakı, 18 may, AZƏRTAC
Mayın 22-də Müasir İncəsənət Muzeyində Azərbaycanın Əməkdar rəssamı Eldar Qurbanın yaratdığı qadın portretlərindən ibarət “AMORE MİO” adlı sərgi açılacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, rəssamın həyatının əsas hərəkətverici qüvvəsi sevgidir və bu, öz növbəsində ekspozisiyanın ideoloji nüvəsini təşkil edir. Rəssam, insanı həm inanılmaz yüksəkliklərə ucalda, həm də sərsəmliyə çatdıra bilən hislərin təbiəti və mahiyyəti ilə bağlı suala cavab verməyə çalışaraq, sevgi və ehtirası bir hadisə kimi araşdırıb. Sərgidə təqdim edilən portretlər, rəssamın 1985-ci ildən bu günə qədər olan yaradıcılıq dövrünü əhatə edir. Bu, rəssamın qadına sevgini yüksəkliklərə qaldıran refleksiya və introspeksiyasının özünəməxsus təzahürüdür.
Ekspozisiya rəssam tərəfindən yaradılmış 20-dən çox obraz və 1 videoəsərdən ibarətdir. Videoəsər – gələcək işlərin yaradılmasına ruhlandırmağa yönəlmiş xüsusi kurator baxışıdır.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir