×
A
A
A
Sazlamalar

Aşpazlar arasında keçirilən çempionatda iştirak edən komandaların hər biri qələbəyə layiq idi

Bakı, 18 may, AZƏRTAC 

Azərbaycanda aşpazlar arasında ilk dəfə keçirilən yarış yüksək səviyyədə təşkil olunmuşdu. Çempionatda iştirak edən komandaların hər biri qələbəyə layiq idi. İki mərhələdən ibarət yarışın sonunda çətin də olsa üç ən yaxşı komanda seçildi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Dünya Kulinariya Assosiasiyasının İdarə Heyətinin üzvü, almaniyalı Uve Mişeel deyib.
Mütəxəssis həmçinin qeyd edib: “Aşpazların bacarıqlarının artırılması üçün belə yarışların təşkili vacibdir. Burada hər kəs bir-birindən nə isə öyrənir. Yarışlar zamanı beynəlxalq səviyyəli hakimlər komanda üzvləri ilə söhbət aparır, onlara səhvlərini izah edirdilər. Belə yarışlar təcrübə əldə etmək və bilmədiklərini öyrənmək baxımından çox əhəmiyyətlidir.
U.Mişeel ölkəmizdə ilk dəfə olduğunu da qeyd edib.

 

Sosial 2019-05-18 19:03:00