×
A
A
A
Sazlamalar

Samuxda məhsul buraxılışının 47,9 faizi kənd təsərrüfatının payına düşüb

Samux, 18 may, Rauf Hacıyev, AZƏRTAC

Bu ilin ilk rübündə Samux rayonu üzrə məhsul buraxılışının həcmi 26969,5 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 198,2 min manat və ya 0,7 faiz çoxdur.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, buraxılan məhsulun 12921,4 min manatı və ya 47,9 faizi rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının payına düşüb.
Məhsul buraxılışının həcmi sənaye üzrə 6,3 faiz, tikinti üzrə 7,9 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 2,7 faiz, informasiya və rabitə üzrə 0,7 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri üzrə isə 34,5 faiz olub.

Regionlar 2019-05-18 17:18:00