Avropa çempionatında gənclərdən ibarət qrup hərəkətləri komandalarının 5 lentlə mübarizəsi başlayıb
Bakı, 18 may, AZƏRTAC
Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, böyük gimnastların fərdi proqramda gürzlər və lentlə çıxışlarından sonra səhnəyə gənclərdən ibarət qrup hərəkətləri komandaları çıxıblar. İyirmi komanda çoxnövçülük yarışlarında beş lentlə mübarizə aparır.
Beşinci nömrə altında çıxış edəcək Azərbaycan komandasının heyətində Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə yer alıblar.
Çempionatın ilk günündə komandamız 5 halqa ilə yarışlarda finala vəsiqə qazanıb.
Mayın 19-da yekun vurulacaq çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış edirlər. Çempionata 35 ölkədən gimnastlar qatılıblar.
Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.
Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
Yüksək Liqa: “Azərreyl” finala yüksəlib
Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir
Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir