×
A
A
A
Sazlamalar

Elmi seminar: Harmonik analizin müasir problemləri və tətbiqi

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Harmonik analizin müasir problemləri və tətbiqi” mövzusunda seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ümumi və tətbiqi riyaziyyat kafedrasının dosenti Elnur Xəlilovun “Proyeksiya–şəbəkə üsulları ilə bəzi sinif səth üzrə inteqral tənliklərin həllinin tədqiqi” mövzusunda məruzəsi dinlənilib. Həmçinin harmonik analizin tətbiqi ilə bağlı müzakirə aparılıb.

Elm və təhsil 2019-05-18 17:05:00