×
A
A
A
Sazlamalar

İlk üç ay ərzində Azərbaycanda 13 min 191 nikah qeydə alınıb

Bakı, 18 may, AZƏRTAC 

İlk üç ay ərzində qeydiyyat şöbələri tərəfindən 13 min 191 nikah və 3972 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,6 olub.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, həmçinin yanvar-mart aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları daimi yaşamaq üçün 398 nəfər Azərbaycana gələn, 336 nəfər isə ölkədən gedən qeydə alıblar. Miqrasiya saldosu müsbət 62 nəfər təşkil edib.

Sosial 2019-05-18 16:50:00