Gimnastımız Zöhrə Ağamirova Avropa çempionatının finalına yüksəlib
Bakı, 18 may, AZƏRTAC
Azərbaycanın bədii gimnastı Bakıda keçirilən 35-ci Avropa çempionatının finalına vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz Zöhrə Ağamirova gürzlərlə yarışlarda 20,800 xalla altıncı olub və finala adlayıb. Z.Ağamirova ilə yanaşı, finalda rusiyalı əkiz bacılar Dina və Arina Averina, Katrin Taseva (Bolqarıstan), belaruslu Anastasia Salos, Ukrayna təmsilçisi Vlada Nikolçenko, sloveniyalı Yekaterina Vedeneva və israilli Nikol Zelikman mübarizə aparacaqlar.
Z.Ağamirova lentlə yarışlarda 24-cü olub.
Digər gimnastımız Veronika Qudis gürzlərlə mübarizədə 20-ci, lentlə yarışlarda isə 30-cu yerdə qərarlaşıb.
Z.Ağamirova çempionatın ikinci günündə halqa ilə yarışlarda finala vəsiqəni təmin etmişdi.
Mayın 19-da yekun vurulacaq çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış edirlər. Çempionata 35 ölkədən gimnastlar qatılıblar.
Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.
Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər
“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır
İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm
Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək
Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir