×
A
A
A
Sazlamalar

“IMSA World Masters Championship 2019” şahmat yarışına yekun vurulub

Bakı, 18 may, AZƏRTAC

Çində keçirilən “IMSA World Masters Championship 2019” dünya intellektual oyunlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, qrossmeysterimiz Rauf Məmmədovun da qatıldığı blitz yarışları mayın 18-də başa çatıb.
Turnirin sonuncu günündə R.Məmmədov rusiyalı Vladimir Fedoseyevə 2:0, hindistanlı Santoş Viditə 1,5:0,5 hesabı ilə qalib gəlib. Ukraynalı Ruslan Ponomoryov, çinli Yu Yanqi ilə heç-heçə edən şahmatçımız daha bir Ukrayna təmsilçisi Anton Korobova 0:2 hesabı ilə uduzub. Blitz turnirində ümumi hesabda 7 xal toplayan təmsilçimiz 16-cı yeri tutub. Yarışın qalibi 14,5 xalla çinli Bu Cyanci olub.
Rauf Məmmədov rapid yarışlarında 14-cü yeri tutub.

İdman 2019-05-18 16:24:00