×
A
A
A
Sazlamalar

Azərbaycan futzalçısı Taylandın “Sisaket” klubu ilə müqavilə imzalayacaq

Bakı, 18 may, AZƏRTAC
Azərbaycan çempionu olan “Araz” futzal komandası hücumçusu Xətai Bağırovla yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, millinin də formasını geyinən X.Bağırov karyerasını ölkə xaricində davam etdirmək qərarı verib. Taylanda yola düşən futzalçı “Sisaket” klubu ilə 6 aylıq müqavilə imzalayacaq.
Hazırda yaxşı günlərini yaşamayan klub uğursuzluq zolağından çıxmaq üçün X.Bağırovla bərabər braziliyalı futzalçılar da transfer edəcək.

İdman 2019-05-18 15:39:00