×
A
A
A
Sazlamalar

Bədii gimnastlarımız Avropa çempionatında gürzlər və lentlə çıxışlarını başa vurublar

Bakı, 18 may, AZƏRTAC
Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatında böyük gimnastlar fərdi proqramda gürzlər və lentlə çıxışlarını davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi Zöhrə Ağamirova və Veronika Qudis təmsil edirlər.
Z.Ağamirova gürzlərlə çıxışına görə, hakimlərdən 20,800, lentlə mübarizəyə görə 16,175 xal alıb. İki təsnifat mərhələsinin yekununa əsasən idmançımız gürzlərlə çıxışı görə beşinci, lentlə mübarizəsində 16-cıdır.
Digər gimnastımız V.Qudis isə gürzlərlə çıxışına görə 13-cü (18,800 xal), lentlə yarışlara görə 20-ci (15,200) pillədə qərarlaşıb.
Hazırda böyük gimnastların təsnifat mərhələsinin fərdi proqramında gürzlər və lentlə çıxışları davam edir.
Mayın 19-da yekun vurulacaq çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış edirlər. Çempionata 35 ölkədən gimnastlar qatılıblar.
Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.

İdman 2019-05-18 14:40:00