×
A
A
A
Sazlamalar

Tovuzda üç istehsal müəssisəsi tikilir

Tovuz, 18 may, Rauf Hacıyev, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafına dair növbəti - dördüncü Dövlət Proqramının icrasına uyğun olaraq Tovuz rayonunda yeni istehsal sahələrinin yaradılması və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayonun Düz Qırıqlı kəndində kağız və karton tara istehsalı müəssisəsinin tikintisi davam etdirilir.
Alakol kəndində dənli bitki toxumlarının emalı zavodunun inşası da müvafiq Dövlət Proqramının icrasına uyğun həyata keçirilir.
Eyni zamanda “ABAD” layihəsi üzrə meyvə qurutma fabrikinin tikinti işləri davam etdirilir.
Bununla yanaşı, kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq istiqamətləri üzrə iri istehsal gücünə malik aqroparklar da yaradılır.

Regionlar 2019-05-18 14:35:00