×
A
A
A
Sazlamalar

Gürcüstanın qadın və kişi voleybolçulardan ibarət milli komandaları Bakıda təlim-məşq toplanışında iştirak edirlər

Bakı, 18 may, AZƏRTAC
Bakıda təlim-məşq toplanışında olan Gürcüstanın qadın və kişi voleybolçulardan ibarət milli komandaları yoxlama oyunu keçiriblər.
AZƏRTAC xəbər verir ki, Gürcüstan komandaları yerli yığmalarla qarşılaşıblar.
Qadın voleybolçulardan ibarət yığmamız rəqibini 4:0, kişilərdən ibarət millimiz isə 3:0 hesabı ilə məğlub edib.
Komandalar arasında növbəti oyunlar bu gün keçiriləcək.
Qeyd edək ki, voleybol üzrə qadınlardan ibarət millimiz Qızıl Avropa Liqasında, kişilərdən ibarət yığmamız isə Gümüş Avropa Liqasında mübarizə aparacaqlar. Gürcüstan milli komandaları isə Gümüş Avropa Liqasında iştirak edəcəklər.

İdman 2019-05-18 14:10:00