Azərbaycan velosipedçisi “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanıb
Bakı, 18 may, AZƏRTAC
Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 3 mərhələdən ibarət 2.2 kateqoriyalı “Qara dəniz turu” start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışda baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Elçin Əsədov, Samir Cəbrayılov, Mahmud Məmmədov, Kərim Şirəliyev və Mikayıl Səfərlidən ibarət yığma komandamız da mübarizə aparır.
Veloturun 120 kilometrlik birinci mərhələsi komandamız üçün uğurlu alınıb. Belə ki, Samir Cəbrayılov finişi ikinci, Elçin Əsədov isə altıncı keçib. Bundan başqa, Elçin Əsədov bu mərhələdəki iki aralıq sprint finişindən birini də götürməyə nail olub.
Mərhələni ikinci bitirən Samir Cəbrayılov bununla həm də “Tokio 2020” Yay Olimpiya Oyunları üçün ölkəmizin aktivinə daha 3 lisenziya xalı qazandırıb.
Xatırladaq ki, mayın əvvəlində Türkiyədə keçirilən digər yarış - “Tour of Mesopotamia”da Elçin Əsədov ümumi təsnifatda 10-cu olmaqla 3 reytinq xalı qazanmışdı.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir