×
A
A
A
Sazlamalar

Dörd ayda diri çəkidə ət istehsalı 3 faiz artıb

Bakı, 18 may, AZƏRTAC
Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında ölkədə diri çəkidə ət istehsalı 3 faiz artaraq 166,1 min tona çatıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, süd istehsalı 2,1 faiz artaraq 649,8 min ton, yumurta istehsalı 3,1 faiz artaraq 597,8 milyon ədəd, yun istehsalı isə 45,3 faiz artaraq 2,3 min ton olub.

Kənd təsərrüfatı 2019-05-18 10:50:00