“Araz” klubu futzal üzrə Azərbaycan çempionatının qalibi olub
Bakı, 18 may, AZƏRTAC
Mayın 17-də Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqanın 2018-2019-cu il mövsümünün final oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, həlledici matçda “Araz” və “Xəzər Cənub” komandaları qarşılaşıblar. Oyunda 4:1 hesablı qələbə qazanan “Araz” ölkə çempionu olub. “Xəzər Cənub” isə çempionatın gümüş medallarına yiyələnib.
Üçüncü yer uğrunda qarşılaşmada “Neftçi”ni 4:2 hesabı ilə məğlub edən EKOL bürünc medalları qazanıb.
Çempionatın ən yaxşı baş məşqçisi Joze Alesio Da Silva (“Araz”), ən yaxşı oyunçusu Vitali Borisov (“Neftçi”), ən yaxşı qapıçısı isə Rövşən Hüseynli (“Araz”) seçiliblər. Mövsüm ərzində 85 qol vuran “Xəzər Cənub”un hücumçusu Hadi Rezvan çempionatın bombardiri olub.
Mükafatlandırma mərasimində komandalara diplomları, medalları, çempiona isə kuboku AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim ediblər.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir