×
A
A
A
Sazlamalar

Bakıda Britaniya kinosu festivalı start götürüb

Bakı, 17 may, AZƏRTAC

Böyük Britaniya ölkəmizdəki səfirliyinin və “British Council” nümayəndəliyinin təşkilati dəstəyi ilə mayın 17-dən 24-dək “Park Cinema” kinoteatrlar şəbəkəsində “Britaniya kinosunun baharı” adlı beşinci festival keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Filip Barkley “Park Cinema Flame Towers”də festivalın açılış mərasimində jurnalistlərə müsahibəsində bildirib ki, bir həftə ərzində tamaşaçılara Britaniya istehsalı olan yeddi maraqlı film – “Sevimli qadın” («The Favourite»), “Qara çay” («Dark River»), “Tabe ol” («Obey»), “Xoşbəxt şahzadə” («The Happy Prince»), “İtaətsizlik” («Disobedience»), “Sahildə” («On Chesil Beach») və “Kolet” («Colette») filmləri təqdim ediləcək. Festivalın əsas məqsədi Böyük Britaniya və Azərbaycan xalqlarını mədəniyyət sahəsində yaxınlaşdırmaqdır.
Sonra “Sevimli qadın” filmi nümayiş etdirilib. Film böyük maraqla qarşılanıb.
Qeyd edək ki, bütün filmlər Azərbaycan dilində subtitrlərlə ingilis dilində nümayiş etdiriləcək. Bir biletin qiyməti 2 manatdır. Biletləri “www.parkcinema.az” veb-saytında və “Park Cinema” kinoteatrlar şəbəkəsinin kassalarında almaq olar.

Mədəniyyət 2019-05-17 21:20:00