×
A
A
A
Sazlamalar

ADNSU-da Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi qeyd olunub

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Azİİ Elektron Kitab Evi”ndə Xalq yazıçısı, ədəbiyyatşünas, pedaqoq, ictimai xadim İsmayıl Şıxlının 100 illiyinə həsr olunan tədbir keçirilib. Tədbir Prezident İlham Əliyevin İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının icrasından irəli gələn vəzifələr çərçivəsində təşkil olunub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev görkəmli yazıçı İsmayıl Şıxlının zəngin yaradıcılığından danışıb. O, ədibin əsərlərinin əhəmiyyətini vurğulayıb, onun yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar yaratdığını bildirib.
Universitetin Azərbaycan dili kafedrasının müdiri, professor Rüstəm Kamal yazıçının ədəbiyyatımıza verdiyi töhfələrdən bəhs edib. “Dəli Kür” romanının ictimai şüurda dönüşə və özünüdərkə yol açdığını deyib. O, İsmayıl Şıxlının görkəmli yazıçı olmaqla yanaşı, gözəl pedaqoq, vətənpərvər ziyalı, ictimai xadim olduğunu da diqqətə çatdırıb.
Çıxış edən digər alim və tələbələr yazıçının ədəbi-bədii irsi ilə bağlı fikirlərini bölüşüblər.

Elm və təhsil 2019-05-17 20:37:00