×
A
A
A
Sazlamalar

Vətən uğrunda döyüşənlər unudulmur

Bakı, 17 may, AZƏRTAC 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən azərbaycandilli “Vikipediya”da “Azərbaycan Bayrağı” ordenli Əfqanıstan və Qarabağ müharibələri iştirakçısı, ehtiyatda olan kapitan Dostəli Hacıyev, polkovnik-leytenant Çingiz Əliyev, hərbçi şəhid Nazim Cəbrayılov və şəhid Natiq Novruzov haqqında məqalə yaradılıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, “Vikipediya”da, həmçinin daxili xidmət leytenantı, Qarabağ müharibəsi şəhidi Gündüz Səmədov haqqında məqalə yaradılıb. Gündüz Səmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Elm və təhsil 2019-05-17 19:21:00