×
A
A
A
Sazlamalar

Azərbaycan ərazisində səhralaşma prosesinin tədqiqinə dair müzakirə aparılıb

Bakı, 17 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda növbəti elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov “Azərbaycan Respublikası ərazisində səhralaşma prosesi dinamikasının tədqiqi” mövzusunda məruzə ilə çıxış edib. Akademik müxtəlif təbii və antropogen amillərin təsiri nəticəsində Azərbaycan ərazisinin düzən və dağlıq ekosistemlərinin müxtəlif dərəcədə deqradasiyaya məruz qaldığını söyləyib. Hazırda ən çox səhralaşma təhlükəsinin düzən arid və subarid ərazilər - Kür-Araz, Samur-Dəvəçi və Abşeron yarımadasına xas olduğunu qeyd edib.
Ramiz Məmmədov, həmçinin səhralaşma haqqında məlumat verib.
Sonra mövzu ətrafında akademiklər Qərib Məmmədov, Məhərrəm Babayev, AMEA-nın müxbir üzvü Amin İsmayılov, dosent Vilayət Həsənov və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.
Seminarda akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları da iştirak ediblər.

Elm və təhsil 2019-05-17 18:25:00