×
A
A
A
Sazlamalar

“Nəsimi ili” çərçivəsində Ədəbiyyat Muzeyində növbəti tədbir

Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları, Azərbaycan xalqının qüdrətli söz ustası Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 225 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya təşkil edib.
AZƏRTAC xəbər verir ki, şagirdlər muzeydə dahi şairə həsr olunmuş eksponatlarla yaxından tanış olaraq, onları maraqlandıran suallara dolğun cavablar alıblar.
Şagirdlər Azərbaycanın dahi ədibləri Nizami, Füzuli, Məshəti Gəncəvi, Natəvan və başqa görkəmli şair və yazıçılar haqqında maraqlı məlumatlar əldə ediblər.

Mədəniyyət 2019-05-17 17:30:00