×
A
A
A
Sazlamalar

Coğrafiya İnstitutu tələbə və magistrlərin Lənkəran-Astara zonasına elmi-praktik səfərini təşkil edib

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi Natəvan Cəfərovanın rəhbərliyi ilə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin 70 nəfər tələbə və magistri Lənkəran və Astara şəhərlərinə səfər edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Lənkəran rayon təbiətinin və iqtisadi potensialının öyrənilməsi məqsədini daşıyan elmi-praktik səfərdə Coğrafiya İnstitutunun magistrləri da iştirak ediblər. İştirakçılar Qızılağac Milli Parkında, turizm obyektlərində olub, “Astaraçay” MMC-nin çay emalı fabrikinin istehsal prosesini müşahidə ediblər.

Elm və təhsil 2019-05-17 17:51:00