×
A
A
A
Sazlamalar

Sərbəst güləşçilərimizin Göygöldəki təlim-məşq toplanışı davam edir

Bakı, 17 may, AZƏRTAC

Sərbəst güləş üzrə yığma komandamızın Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı davam edir.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, mayın 30-dək davam edəcək təlim-məşq toplanışı gələn ay Minskdə keçiriləcək II Avropa Oyunlarına hazırlıq xarakteri daşıyır. Millimizin üzvləri məşqçilər korpusunun rəhbərliyi ilə gündüz fiziki, axşam isə taktiki-texniki hazırlıq üzərində çalışırlar.

İdman 2019-05-17 17:44:00