×
A
A
A
Sazlamalar

FHN-in İdman Sağlamlıq Klubunun üzvləri beynəlxalq turnirdə uğurla çıxış ediblər

Bakı, 17 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunun üzvləri ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş paracüdo üzrə beynəlxalq Qran-Pridə uğurla çıxış ediblər.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən turnirdə 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Şəhanə Hacıyeva birinci yeri tutub. Bundan başqa, 90 kiloqram çəki dərəcəsində isə Rövşən Səfərov gümüş medalla kifayətlənməli olub.
Yarışda idmançılara FHN-in İdman Sağlamlıq Klubunun məşqçi-müəllimi Fərid Ağakişiyev rəhbərlik edib.
Xatırladaq ki, turnirdə 36 ölkədən 214 paracüdoçu birincilik uğrunda mübarizə aparıb. Qaliblər 2020-ci ildə Tokioda keçiriləcək XVI Paralimpiya Oyunlarına lisenziya xalları qazanıblar.

İdman 2019-05-17 17:40:00