×
A
A
A
Sazlamalar

Torpaqşünaslıq və Aqrokimya İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir

Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzvi gübrələr laboratoriyası üzrə vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir. Bu laboratoriyaya müdir vəzifəsi vakant yerdir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqədə aqrokimya elm sahəsi üzrə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər.
Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.
Ünvan: Az 1073, Bakı şəhəri, Məmməd Rahim küçəsi, 5
Telefon: (+994 12) 537 07 10

Elm və təhsil 2019-05-17 16:06:00