×
A
A
A
Sazlamalar

Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanlarına başlanılır

Bakı, 17 may, AZƏRTAC

Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanlarına başlanılır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, sınaq imtahanları mayın 18-dən 30-dək Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.
Sınaq imtahanlarında 7 mindən çox şəxsin iştirakı gözlənilir. İmtahan qrafiki ilə bağlı iştirakçıların şəxsi səhifələrinə məlumat göndərilib.
İştirakçılar sınaq imtahanına gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.

Elm və təhsil 2019-05-17 16:33:00