×
A
A
A
Sazlamalar

Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsi davam edir

Bakı, 17 may, AZƏRTAC

Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsi davam edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində bu dəfə Oğuz rayonu Yaqublu kənd tam orta məktəbin müəllimi Şəbnəm Məmmədlinin uğurları təqdim edilib. O, 2017-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 57 bal toplayıb. “Müəllim tələbkar, həm də qayğıkeş olmalıdır”, - deyən Şəbnəm Məmmədli tarix fənnini tədris edir.
“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

Elm və təhsil 2019-05-17 16:23:00