×
A
A
A
Sazlamalar

Görkəmli bəstəkar Arif Məlikovun xatirəsi əbədiləşdiriləcək

Bakı, 17 may, AZƏRTAC
Prezident İlham Əliyev mayın 17-də Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Fəxri xiyabanda Arif Məlikovun qəbirüstü abidəsi qoyulacaq və paytaxtımızdakı küçələrdən birinə bəstəkarın adı veriləcək. Eyni zamanda, Sərəncamda müvafiq qurumlara Bakı şəhərində Arif Məlikovun heykəlinin ucaldılması və paytaxtımızda yerləşən musiqi məktəblərindən birinə görkəmli bəstəkarın adının verilməsi barədə göstəriş verilib.

Mədəniyyət 2019-05-17 15:27:00