×
A
A
A
Sazlamalar

“Aşıq Qərib” növbəti dəfə repertuara salınıb

Bakı, 17 may, AZƏRTAC

Mayın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında üçpərdəli “Aşıq Qərib” operası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, libretto müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyli olan səhnə əsərinin xronometrajı 1 saat 50 dəqiqədir.
Baletin dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı isə Əməkdar incəsənət xadimi Əyyub Fətəliyevdir.
Səhnə əsərində rolları Elnur Zeynalov, Aytən Məhərrəmova, Taleh Yahyayev, Rafiq Abbasov, Elşad Məmmədov, Mülahim Həsrətova, Səbinə Vahabzadə, Fəridə Məmmədova və Mütəllim Dəmirov ifa edəcəklər.

Mədəniyyət 2019-05-17 14:10:00