×
A
A
A
Sazlamalar

® “Run Group”un layihəsi beynəlxalq sərgidə böyük marağa səbəb olub

Bakı Ekspo Mərkəzində keçirilən XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgilərində “Run Group” şirkəti də təmsil olunur. 

“Run Group” sərgidə Azərbaycanın kənd təsərrüfatına töhfə vermək məqsədilə cəlb etdiyi tərəfdaşı İsrailin “Dagan” şirkəti ilə birgə stenddə Göygöl Buğda Nişastası Dərin Emalı Zavodunun maketini nümayiş etdirir. Elə ilk gündəcə maket ziyarətçilərin böyük marağına səbəb olub. Üç gün davam edəcək sərgidə zavodla maraqlanan bütün iş adamlarına və dövlət qurumlarının nümayəndələrinə ətraflı məlumat verilir.
“Run Group”un dəvəti ilə Azərbaycana gələn “Dagan” şirkəti burada Göygöl Buğda Nişastası Dərin Emalı Zavodu üçün ən qabaqcıl texnologiyalarla buğda yetişdirmək niyyətindədir. Çünki zavodun tam gücü ilə işləməsi üçün 300 000 ton buğda lazım olacaq. Bununla əlaqədar yaradılan “Dagan & Run Group” müştərək şirkəti mayın 16-da Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiyalar Mərkəzi ilə memorandum da imzalayıb.
Qeyd edək ki, təqdim olunan layihə ilə əlaqədar burada “Run Group”un digər beynəlxalq tərəfdaşları – Türkiyənin məşhur "Doğuş Holding" şirkətlər qrupunun və Çin Milli İdxal-İxrac Korporasiyasının (CNTIC) nümayəndələri də iştirak edirlər.
Belə ki, Göygöl rayonu ərazisində "Run Group"un sifarişi və "Run Const.&inv.comp" MMC-nin layihəsi əsasında Buğda Nişastası Dərin Emalı Zavodunun inşası işlərinin icraçısı Türkiyənin məşhur "Doğuş Holding" şirkətlər qrupuna daxil olan "Ayson Geotektnik ve Deniz İnşaat A.Ş" & "Es Group" JV şirkətidir. Dünyanın qabaqcıl ölkələrindən gətirilərək ən müasir texnika və texnologiyaların tətbiq ediləcəyi zavodun inşası üçün ilkin hesablamalara görə, 120 milyon avro investisiya tələb olunur. Zavodun inşasının maliyyələşməsini Çin Milli İdxal-İxrac Korporasiyası (CNTIC) və "Run Group"un birgə təsis etdiyi "CNTIC & Run Group" şirkəti həyata keçirir. Layihənin gerçəkləşməsinin bütün hüquqi məsələlərini isə İsrailin "Zahavi Pretty" hüquq şirkəti həll edir.
Göygöl şəhərində 20 hektarlıq ərazidə yerləşəcək nişasta zavodu istismara veriləndən sonra burada 650 nəfərlik iş yeri açılacaq və nişasta istehsalı üçün gündəlik 800 ton buğda emal edilə biləcək. Hələlik məhsulun 98 faizinin xaricə ixrac olunacağı, 2 faizinin isə daxili bazara çıxarılacağı planlaşdırılır. Qeyd edək ki, nişastadan qida sənayesində və tibdə istifadə olunan 12 adda məhsul hazırlanır.
Xatırladaq ki, fəaliyyətini Azərbaycanda, əsasən, qeyri-neft sektoruna investisiyaların cəlb olunması istiqamətində quran "Run Group" şirkəti bir sıra sahələrdə ardıcıl uğurlar qazanmaqda davam edir. Şirkət layihələri ilə inkişaf etməkdə olan Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxması üçün öz töhfəsini verməyə çalışır. Bu məqsədlə dünyanın bir sıra ölkələrinin nüfuzlu şirkətləri, fondları, elm, təhsil, tibb müəssisələri ilə sıx beynəlxalq əlaqələr quran şirkət hazırda Azərbaycanda tikinti, turizm, səhiyyə, media və kino sənayesi sektorlarında, həmçinin sosial, eləcə də ekoloji sahədə genişmiqyaslı layihələr gerçəkləşdirir.

Sərgilər 2019-05-17 11:08:00