×
A
A
A
Sazlamalar

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir

Bakı, 16 may, AZƏRTAC
“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir.
AZƏRTAC xəbər verir ki, İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində keçirilən ikinci yarımfinalda təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxacaq.
Müsabiqənin finalı isə mayın 18-də baş tutacaq.
Xatırladaq ki, 2012-ci ildə Azərbaycanın da uğurla ev sahibliyi etdiyi müsabiqə 64-cü dəfədir təşkil olunur.

Mədəniyyət 2019-05-16 23:20:00