×
A
A
A
Sazlamalar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək

Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir. Mayın 24-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Cəlilabad rayonunda vətəndaşların qəbulunu keçirəcək.
Komitədən AZƏRTAC-a bildiriblər ki, saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Masallı, Cəlilabad rayonlarının sakinlərinin qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.
Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.
Görüş çərçivəsində Cəlilabad rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.

Sosial 2019-05-16 20:20:00