×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 964 nömrəli, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 19 yanvar tarixli 995 nömrəli, “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 26 yanvar tarixli 998 nömrəli, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” 2017-ci il 2 iyun tarixli 2947 nömrəli, “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli və “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin aşağıdakı sərəncamlarını “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1186) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 1-ci hissəsinin səkkizinci abzasında və 7-ci hissəsinin 1.3-cü yarımbəndində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 964 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1637; 2016, № 8, maddə 1384; 2017, № 4, maddə 576, № 8, maddə 1521; 2018, № 5, maddə 1093) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 5.4.1-ci və 5.4.3-cü yarımbəndlərdə “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin;
2.2. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 4.6-cı bəndinin “Tədbirin adı” sütununda “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 39; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 5, maddə 802, № 8, maddə 1521; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 1003 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 1.5-ci bəndində və 1.5.1–1.5.4-cü yarımbəndlərində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 42) ilə təsdiq edilmiş “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3.2.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.2.1. ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri və peşə təhsili müəssisələrinin tələbələri;”;
4.2. 7.2.4-cü yarımbənddə “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin və həmin yarımbənddən “şagird və” sözləri çıxarılsın.
5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli 2947 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1125; 2018, № 8, maddə 1678, № 9, maddə 1840, № 11, maddə 2333) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 3.2.1.3-cü yarımbənddə “Görüləcək tədbirlər” sütununda “peşə təhsili (ilk peşə-ixtisas, orta ixtisas və ali)” sözləri “peşə, orta ixtisas və ali təhsil” sözləri ilə əvəz edilsin;
5.2. 9.1.2.7-ci yarımbəndin 7-ci abzasında “Görüləcək tədbirlər” sütununda “İlk peşə” sözləri “Peşə” sözü ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2413) ilə təsdiq edilmiş “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın 4.0.3-cü və 6.5.2-ci yarımbəndlərində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 275) ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. 2.1.8-ci və 3.1.18-ci yarımbəndlərdə “ilk peşə” sözləri “peşə” sözü ilə əvəz edilsin;
7.2. 5.1.1.7-ci yarımbənddə “İlk peşə” sözləri “Peşə” sözü ilə, hər iki halda “ilk peşə” sözləri “peşə” sözü ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2019-cu il.

Sərəncamlar 2019-05-16 19:45:00