×
A
A
A
Sazlamalar

Dövlət Miqrasiya Xidməti Kürdəmirdə əlil vətəndaşlara səyyar xidmət göstərib

Bakı, 16 may, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Kürdəmir rayonunun ucqar kəndlərində yaşayan, I qrup əlili olan iki vətəndaşa səyyar xidmət göstərilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, səyyar xidmət zamanı iki nəfərə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və həmçinin iki nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq qərar təqdim olunub.
Eləcə də bir nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı müraciəti qəbul olunub.

Sosial 2019-05-16 17:45:00