×
A
A
A
Sazlamalar

Niyazi adına 22 saylı uşaq musiqi məktəbinin konserti olub

Bakı, 16 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbi yeni konsert proqramı ilə musiqisevərləri bir yerə toplayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin xor siniflərinin çıxışlarından ibarət musiqi tədbiri keçirilib.
Məktəbdə üç xor sinfi mövcuddur. Budəfəki tədbir böyük xor və kiçik xor siniflərinin hesabat konserti ilə bağlı olub. Hesabat konserti ifaçıların uğurlu çıxışları ilə yadda qalıb.

Mədəniyyət 2019-05-16 17:11:00