×
A
A
A
Sazlamalar

Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq tələbələrdə zəngin təəssürat yaradıb

Bakı, 16 may, AZƏRTAC 

Yasamal rayon Heydər Əliyev Mərkəzinə 1 saylı Bakı Tibb Kollecinin tələbələrinin ekskursiyası təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tələbələr mərkəzin “Muzey” və “Kitabxana və informasiya texnologiyaları” bölmələri ilə tanış olublar.
Burada onlara ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.
Tələbələr Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.

 

Mədəniyyət 2019-05-16 16:18:00